• Bakı C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.7813

    RUB - 1.6139

"Qarabağ" bu gün "Lion"la qarşılaşacaq

İDMAN

28 Noyabr 2024 | 09:05

Qarabağ bu gün Lionla qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasında Fransanın "Lion" klubunu qəbul edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Liqa mərhələsinin V turuna təsadüf edəcək oyun saat 21:45-də start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi serbiyalı Nenad Minakoviç olacaq.

Azərbaycan çempionu 4 turdan sonra 3 xalla 29-cu, qonaqlar isə 7 xalla 9-cu pillədə qərarlaşıb.

UEFA Avropa Liqası

Liqa mərhələsi

V tur

28 noyabr

21:45. "Qarabağ" - "Lion" (Fransa)

Baş hakim: Nenad Minakoviç (Serbiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, "köhlən atlar" daha əvvəl İngiltərədə "Tottenhem"ə (0:3), evdə İsveç təmsilçisi "Malmö"yə (1:2) və Niderlandın "Ayaks" komandasına (0:3) uduzub. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Norveçdə "Budyo Qlimt"i məğlub edib - 2:1. "Lion" isə doğma meydanda Yunanıstanın "Olimpiakos" (2:0), səfərdə Şotlandiyanın "Reyncers" (4:1) klublarına qalib gəlib. Daha sonra evdə Türkiyənin "Beşiktaş" komandasına uduzan (0:1) fransızlar Almaniyada "Hoffenhaym"la bərabərə (2:2) qalıb.


SON XƏBƏRLƏR

27 Noyabr 2024