• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Qarabağ” - “Dinamo” (Zaqreb) oyununun baş hakimi açıqlandı

İDMAN

26 Avqust 2024 | 13:05

“Qarabağ” - “Dinamo” (Zaqreb) oyununun baş hakimi açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az AFFA-ya istinadən xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Maykl Oliver olacaq. Ona yan xətdə Stuart Burt və Lee Betts kömək edəcək. Kris Kavanaq isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud iş başında olacaq.

Qeyd edək ki, avqustun 28-də Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo"  oyunu saat 20:45-da başlayacaq.

Bu komandalar arasında Zaqrebdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026