• Bakı 24° C

    1.28 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

"Qarabağ" Samuel Lobato ilə müqavilə imzalayıb

İDMAN

16 Iyun 2026 | 20:05

Qarabağ Samuel Lobato ilə müqavilə imzalayıb

"Qarabağ" klubu növbəti transferini gerçəkləşdirib.

Bakıvaxtı.az  Ağdam klubuna istinadən xəbər verir ki, Portuqaliyanın "Portimonense" klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato "Qarabağ"a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, bölgə təmsilçisində 28 nömrəli formanı geyinəcək.

2025-ci ildən "Portimonense"də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur "Sportinq" klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin "Famalikao", B SAD və "Tondela" klublarında da çıxış edib.

Qeyd edək ki, Samuel Lobato yay "transfer pəncərəsi"ndə komandaya qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR