Qarabağda rusiyalı sülhməramlı hərbçilərin olduğu avtomobil minaya düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Avtomobil tank əleyhinə minaya düşərək partlayıb və iki hərbçi yaralanıb. Hazırda onlar tibb mərkəzinə yerləşdirilib, həyatlarına təhlükə yoxdur".
Qeyd edək ki, hadisə sülhməramılıların nəzarətində olan ərazidə baş verib.(azvision.az)
















