25 sentyabr, saat 12:00-a olan məlumata görə, könüllü şəkildə Qarabağı tərk edən ermənilərin sayı 4850 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlayıb.
Onların Laçın dəhlizi vasitəsilə təhlükəsiz şəkildə Ermənistan Respublikasına keçidi təmin edilib.
10:00
Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməniəsilli şəxslər Gorusda Mədəniyyət Mərkəzinə gediblər.
Bakıvaxtı.az xəbər verir ki, burada onlar qeydiyyata alınır və sonra mənzillə təmin olunurlar.
08:22
Azərbaycanın Qarabağ bölgəsini 2906 erməni əsilli sakin tərk edib.
Bakıvaxti.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, bu gün saat 06:00-a olan məlumata görə, 2906 Qarabağ sakini Ermənistan ərazisinə daxil olub.
Xatırladaq ki, erməni əsilli şəxslərin Ermənistana sərbəst keçidi üçün şərait yaradılır.