Arıq bədən quruluşuna sahib olmaq üçün çoxlu pəhriz və arıqlama proqramları olsa da, bəzən istənilən nəticəni əldə etmək mümkün olmaya bilər. Bunun səbəbi müəyyən yerlərdə səhv edilməsidir. Əgər yağlanmış sahə uzun müddət insanın üzərindədirsə, onu həll etmək asan olmayacaq. Amma təbii ki, bu o demək deyil ki, qarınını əritmək mümkün deyil.
Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı məlumat verən dietoloq Aysima Duygu Aksoyun sözlərinə görə, qarın yağlarını əridən idman yerinə, ümumiyyətlə, yağ yandırmağa dəstək verən idman növlərinə üstünlük verilməlidir. İdman proqramında qarın hərəkətlərinin yer aldığı idmanlar arıqlamaq və yağ yandırmaq adı ilə təkcə qarına deyil, bütün bədənə təsir edərək balanslı bir bədən təmin edir. Yəni, məqsəd qarını əritmək və eyni zamanda, bədəni mütənasib və sağlam formada saxlamaq olmalıdır.
Qarın piylərini tez əritmək üçün ilk addım demək olar ki, hər gün 2 litr su istehlak etməkdir. İstifadə olunacaq su maddələr mübadiləsi sürətini artırmaqla yanaşı, toksinləri də bədəndən çıxarır. Bu, orqanların daha yaxşı işləməsinə kömək edəcəkdir.
“Yağ yandırarkən diqqətli olunması lazım olan başqa bir məqam da bütün yağların zərərli olmadığının fərqində olmaqdır. Sağlam yağlar arıqlamaqda son dərəcə təsirli və faydalıdır. Sağlam yağ turşuları təkcə maddələr mübadiləsini qorumur, həm də xüsusilə qarın nahiyəsində köhnə yağ anbarını yandırır”, - deyə dietoloq bildirib.
Onun sözlərinə görə, qarın əriməsi adı ilə alınacaq tədbirlərdən biri də idman edilirsə, əvvəldən C vitamini dəstəyinin alınmasıdır: “Kardio məşqləri ilə yanaşı, mütləq çəki məşqlərinə də diqqət yetirilməlidir. Qarın əriməsi üçün zülalla zəngin qidalarla qidalanmağa diqqət yetirilməlidir. Proteinli qidaların ən böyük xüsusiyyətlərindən biri də toxluq hissi verməsidir. Səhər yeməyində istehlak ediləcək bir yumurta ilə uzun müddət toxluq hiss edəcəksiniz. Gün ərzində daha az qida istehlakına səbəb olacaq və artıq kalori qəbulunun qarşısını almağa kömək edəcək. Bu səbəbdən qarın əritmə proqramında zülalla zəngin qidaların istehlakına diqqət yetirilməlidir. Bu cür tədbirlərlə insan qarın problemindən xilas olmaqla yanaşı, bədəninin sağlamlığını da qorumuş olacaq”.
Aytac Aslan