• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qaxda qəza - 2 nəfər xəsarət aldı

HADİSƏ

08 Iyun 2026 | 19:10 | Müəllif: Subhan Mahmudov

Qaxda qəza - 2 nəfər xəsarət aldı

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qax-Qıpçaq-Kötüklü avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayonun Qaysarlı kənd sakini Faiq İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü F. İbrahimov və avtomobildə olan həyat yoldaşı Xanım İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026