• Bakı C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.7488

    RUB - 1.6559

Qazaxıstan  qəza ilə bağlı rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək

DÜNYA

16 Yanvar 2025 | 11:42

Qazaxıstan  qəza ilə bağlı rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək

Dekabrın 25-də AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdıran Komissiya internetdə bununla bağlı rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.

    Bildirilib ki, sözügedən komissiya ilkin hesabatı ölkənin qanunvericiliyinin tələblərinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının 13 saylı əlavəsinə əsasən açıqlayacaq.

    Nazirlikdən sözügedən komissiyanın hazırda fəaliyyətini davam etdirdiyini qeyd edib.

    Xatırladaq ki, AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib.

     


    SON XƏBƏRLƏR