İsrail Silahlı Qüvvələrinin Qəzza şəhərində yaşayış evlərinə endirdiyi zərbələr nəticəsində ən azı doqquz nəfər həlak olub.
Bakıvaxtı.az-n TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Bildirilir ki, şəhərin qərb hissəsindəki Rimal rayonunda beş nəfər həlak olub, ən azı 10 nəfər yaralanıb, Qəzzanın mərkəzindəki Əd-Dərac məhəlləsində isə dörd nəfər ölüb.