• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tom Homan: Adamsın vədini izləyəcəyəm

DÜNYA

15 Fevral 2025 | 10:00 | Müəllif: Əli Hüseynov

Tom Homan: Adamsın vədini izləyəcəyəm

ABŞ prezidenti Donald Trampın “sərhəd çarı” Tom Homan Nyu-York meri Erik Adamsın qanunsuz miqrantlarla bağlı vədlərinə əməl edib-etmədiyini diqqətlə izləyəcəyini bildirib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, Homan Adams ilə qatıldığı FOX TV verilişində merin Rikers adasında miqrasiya qurumlarının fəaliyyətinə icazə vermə vədini xatırladaraq, bunun yerinə yetirilmədiyi halda geri qayıdacağını və merin üzərində təzyiq göstərəcəyini deyib.

Adams Homanla görüşünü, Ədliyyə Nazirliyinin ona qarşı korrupsiya ittihamlarını ləğv etməsi və buna etiraz olaraq bir neçə federal prokurorun istefa verməsindən bir gün sonra gerçəkləşdirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR