• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Agentlik kollecdəki rüşvət iddialarına CAVAB VERDİ

CƏMİYYƏT

16 Yanvar 2025 | 10:53

Agentlik kollecdəki rüşvət iddialarına CAVAB VERDİ

Bir sıra media qurumlarında Quba Dövlət Sosial-İqtisadi Kollecində tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verildiyi, kollecdə qış semestr imtahanları başladıqdan sonra rüşvət yığılması ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) modern.az-a bildirilib ki, EATDA-nın tabeliyində olan Quba Dövlət Sosial-İqtisadi Kolleci haqqında bəzi media orqanlarında yayılan məlumatların araşdırılması nəticəsində bu xəbərlərin həqiqəti əks etdirmədiyi və qərəzli xarakter daşıdığı müəyyən edilib:

“Məsələ ilə bağlı kollecin rəhbərliyi tərəfindən müvafiq hüquqi addımlar atılıb və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi media nümayəndələrini peşə prinsiplərinə əməl etməyə və yalnız əsaslı məlumatları dərc etməyə çağırır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026