• Bakı C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.7488

    RUB - 1.6559

Belarusun daxili qoşunları gücləndirilmiş iş rejiminə keçəcək

DÜNYA

16 Yanvar 2025 | 12:37

Belarusun daxili qoşunları gücləndirilmiş iş rejiminə keçəcək

"Belarus Daxili İşlər Nazirliyinin daxili işlər orqanları və daxili qoşunları prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yanvarın 20-dən gücləndirilmiş iş rejiminə keçəcək". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik Polisinin Hüquq Mühafizəsi və Profilaktikası Baş İdarəsinin rəisi Aleksandr Kupçenya deyib.

Onun sözlərinə görə, Yanvarın 20-dən daxili işlər orqanlarının şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları şəxsi heyətin hərəkətlərinin əlaqələndirilməsi, məlumatların toplanması və təhlili üçün gücləndirilmiş xidmət növünə keçirilir:

"Bütün səviyyələrdə operativ vəziyyət qərargahlarının fəaliyyəti gücləndirilib".

Gülşən Şərif


SON XƏBƏRLƏR