"Son günlər baş verənlər Qərbin riyakarlığının, ikiüzlüyünün növbəti təzahürləridir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün ədalətdən, insan hüquqlarından dəm vuran Qərb dövlətləri və strukturları min kvadrat kilometrlərlə ərazisi dağıdılan, viran qoyulan Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləməyə davam edir:
"Qarabağı Azərbaycan özü bərpa edir, yenidən qurur. Bu ərazilərdə bir milyondan artıq mina basdırılıb və bu məsələyə heç bir reaksiya yoxdur. Əksinə, haqsız yerə Azərbaycanın davamlı ittiham olunmasının şahidi oluruq. Haqsızlığa məruz qalan Azərbaycan olsa da, Qərbin ikili standartları və ədalətliyi ilə üzləşirik. Söhbət ondan gedir ki, ərazisi işğal olunan da bizik, amma maliyyə yardımı edilən, dəstək göstərilən, milyardlarla pul ayrılan Ermənistandır. Bu, həqiqətən də dünyanın nə qədər ədalətsiz olduğunu, Qərbin nə qədər ikiüzlü olduğunu açıq-aydın göstərir".

Ceyhun Məmmədov: Haqsızlığa məruz qalan Azərbaycan Qərbin ikili standartları ilə üzləşir
C.Məmmədov ATƏT-in Minsk qrupu ilə bağlı müzakirələri də şərh edib:
"Əgər Ermənistan və Qərb sühdə səmimidirsə, 30 ildə münaqişəni həll etməyən, əksinə, davam etməsinə səy göstərən bir təşkilatı saxlamağa çalışırlar? Bu yanaşma çox düşündürücüdür. Görünür, onlar yenidən müharibəyə hazırlaşırlar. Əfsuslar olsun ki, Qərb dövlətləri və Ermənistan problemin həllinə, sülhə yox, gərginliyin artmasına çalışırlar. Azərbaycanın yanaşması, mövqeyi aydındır. Tələbimiz odur ki, Qərb dairələri bu riyakarlığa son qoysunlar".
Aydın Baxış





jpg-1729675387.webp)










