• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Qərbin regiona müdaxiləsini 3+3 formatı ilə “tormozlatmaq” mümkündür? - AÇIQLAMA

SİYASƏT

03 Sentyabr 2024 | 13:10

Qərbin regiona müdaxiləsini 3+3 formatı ilə “tormozlatmaq” mümkündür? - AÇIQLAMA

“3+3 formatının daha aktual olmasını şərtləndirən məqamlardan biri ondan ibarətdir ki, Cənubi Qafqaz ətrafında cərəyan edən bəzi proseslər Rusiya, Azərbaycan, İran, hətta Gürcüstanın maraqlarına qətiyyən cavab vermir”.

Bu barədə Bakıvaxtı.az-a siyasi şərhçi Elçin Xalidbəyli ehtimal olunan İran, Rusiya və Azərbaycan XİN başçılarının görüşünü şərh edərkən bildirib.

O qeyd edib ki, Amerika Avropa İttifaqı (Aİ) və Fransa Cənubi Qafqaza kobud şəkildə müdaxilə edir və bu müdaxilənin əsas hədəfi də Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməkdir:

“Təbii, Azərbaycan və Rusiya, ABŞ, Aİ və Frananın regiona yerləşməsinə qarşıdır. Çünki onlar Ermənistanı dəstəkləyən siyasi, beynəlxalq güc mərkəzləridir. Cənubi Qafqazda xaos yaratmaq hədəfləri ilə bu məkanı nəzarəti ələ almağa çalışırlar. Azərbaycan da buna qarşı çıxır. Bununla yanaşı Rusiya Cənubi Qafqazda mövqelərini itirmək təhlükəsi ilə üzləşdiyi üçün Qərbin regiona müdaxiləsinə qəzəblə yanaşır və bunun qarşısını almağa çalışır”.

E.Xalidbəyli diqqətə çatdırıb ki, Qərbin Cənubi Qafqaza gəlişi İran üçün də sərfəli versiya deyil:

“Ona görə də Qərbin regiona kobud müdaxiləsinin qarşısını almaq üçün 3+3 formatı ən optimal variantdır. Bu, 3 region ölkəsi və 3 regionətrafı ölkənin formatı, modeli kimi gündəmə gətirilib. Bütün bunları nəzərə alanda belə anlaşılır ki, Gürcüstan belə Qərbin ədalətsiz mövqeyi ilə üzləşdiyi üçün əvvəllər qatılmaq istəmədiyi 3+3 formatına qatıla bilər".

Elçin Xalidbəyli: Qafqazın qapılarını Qərbin üzünə açmağa çalışan Ermənistandır

Onun fikrincə, Qərbin regiona müdaxiləsini Azərbaycan, Gürcüstan, Ermənistan və bunlara əlavə olaraq, Rusiya, Türkiyə və İran 3+3 formatı ilə “tormozlada” bilər:

"Ən doğru variant bundan ibarətdir, sadəcə bu modeli ciddi problemlərlə üz-üzə qoyan Qərbin üzünə Qafqazın qapılarını açmağa çalışan Ermənistandır”.

Qeyd edək ki, Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktorunun görüşü keçirilib. Görüşdə Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrin regionda sülh və stabil olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına köməklik göstərilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi ilə mübarizə aparılması vurğulanıb. Həmçinin 3+3 məsləhət mexanizminin qarşıdan gələn iclasını və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşünü müzakirə olunub.

Aydın Baxış


SON XƏBƏRLƏR

14 Sentyabr 2024