• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzza həkimləri: "Bir damla oksigen tapa bilmirik"

DÜNYA

20 Fevral 2024 | 12:19

Qəzza həkimləri: "Bir damla oksigen tapa bilmirik"

"Ağrıkəsicilərin çatışmazlığı səbəbindən xəstələr saatlarla qışqırırlar".  

Bakıvaxtı.az xəbər verir ki, bunu Qəzzada çalışan tibb işçiləri BBC-yə müsahibələrində bildiriblər.

Tibb işçilərinin sözlərinə görə, bazar günü Qəzzada 23 xəstəxana ümumiyyətlə, fəaliyyət göstərməyib. 12 xəstəxana isə qismən işləyib.

Həkimlər məhdud tibbi ləvazimatlarla işləməkdə çətinlik çəkdiklərini deyiblər:

"Bir damla oksigen tapa bilmirik. Qəzzadakı xəstəxanaların çoxu doludur və avadanlıqları məhduddur. Reanimasiya şöbəsi üçün ləvazimatlar, antibiotiklər və ağrıkəsicilər çatışmır. Ciddi şəkildə yanıq xəsarətləri alan bir çox insan var. Onlar üçün uyğun ağrıkəsicimiz yoxdur”.

Qeyd edək ki, ÜST-ün məlumatına görə, Qəzzada 305 çarpayılıq 4 səhra xəstəxanası yaradılıb. Bazar günü Qəzzanın cənubundakı Nasser xəstəxanası İsrail qüvvələrinin hücumundan sonra fəaliyyətini dayandırıb.

İsrail Müdafiə Qüvvələri (IDF) gecə sözügedən xəstəxanada gizlənən yüzlərlə terrorçunu yaxaladığını bildirib:

“HƏMAS terror fəaliyyətləri üçün sistemli şəkildə xəstəxana və tibb mərkəzlərindən istifadə edir. İsrail isə Qəzzaya humanitar yardımın, o cümlədən tibbi ləvazimatların göndərilməsinə icazə verir”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026