• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qida məhsulları kombinatı MƏHKƏMƏLİK OLDU

CƏMİYYƏT

08 Dekabr 2022 | 15:00

Qida məhsulları kombinatı MƏHKƏMƏLİK OLDU

"Göyçay Qida Məhsulları Kombinatı" MMC barədə gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bu şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.3-cü (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsi əsasında protokol tərtib edib.

İş Yevlax Rayon Məhkəməsində hakim Kamil Əliyevin icraatına verilib.  

İnzibati Xətalar Məcəlləsinin 491.3-cü   maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Ramid İbrahimov 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026