• Bakı 22° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Qırğızıstanda neft emalı zavodu yaradılır

DÜNYA

08 Iyul 2024 | 17:48

Qırğızıstanda neft emalı zavodu yaradılır

Qırğızıstanın Batken vilayətində Qırğızıstan-Türkiyə tərəfdaşlığı ilə neft emalı zavodu yaradılır.

Bakıvaxtı.az qırğız mənbələrinə istinadən xəbər verir ki,  Qırğızıstan və Türkiyənin iş birliyi ilə qurulan zavod sutkada 500 ton xam neft emal etmək gücündə olacaq. Zavodun  sentyabrın sonunda fəaliyyətə başlanacağı açıqlanıb.

Bildirilib ki, tikinti üçün hazırda 41 qırğızıstanlı və 10 türk mütəxəssis çalışır. Qoyulan investisiyanın ümumi dəyəri isə 91 milyon ABŞ dollarıdır. 

Həmçinin, rəsmilər tərəfindən Tikintinin 90 faizinin tamamlandığı, 4 neft quyusunda təmir və hazırlıq işlərinin davam etdiyi, lazımi icazələrin alındığı barədə məlumat verilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Oktyabr 2024