• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Qış Qartalı” əməliyyatı keçirilib

DÜNYA

02 Fevral 2022 | 09:09 | Müəllif: Subhan Mahmudov

“Qış Qartalı” əməliyyatı keçirilib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın və Suriyanın şimalında baza kimi istifadə etdikləri Derik, Sincar və Karacak rayonlarında PKK/KCK/YPG terrorçularına qarşı "Qış Qartalı" hava əməliyyatı keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Naziriliyi xəbər verib.

Məlumata əsasən, terrorçuların istifadə etdiyi sığınacaqlara, anbarlara, mağaralara, tunellərə, silah-sursat anbarlarına, habelə silahlıların "qərargahı" və təlim düşərgələrinə hücumlar edilib.

Əməliyyat zamanı əsasən yerli istehsal olan sursatlardan istifadə edildiyi qeyd edilib.

Döyüş tapşırığını yerinə yetirdikdən sonra bütün təyyarələr sağ-salamat öz aerodromlarına qayıdıblar.

Nazirlik vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı qətiyyətli mübarizəni davam etdirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026