Türkiyədə Böyük İsgəndərin Fars imperiyasına qarşı ilk böyük qələbəsini qazandığı və Asiya yürüşünün başlanğıcı sayılan Qranik döyüşünün baş verdiyi ərazi “tarixi irs ərazisi” kimi qeydiyyata alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib. Nazir bildirib ki, Çanaqqalanın Biga rayonunda yerləşən bu nadir məkan arxeoloji tapıntılar və elmi araşdırmalar əsasında rəsmi şəkildə dövlət mühafizəsinə götürülüb.
Çanaqqala Mədəni İrsin Qorunması Regional Şurasının qərarı ilə qorunacaq ərazi gələcəkdə abadlaşdırılaraq mədəni turizm marşrutlarına daxil ediləcək və ziyarətçilərin istifadəsinə veriləcək. Nazir bu addımın bölgənin mədəni turizminin genişləndirilməsinə və tarix elminin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Dünya Balakişiyeva,
BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi.
Bakı 



