• Bakı 10° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

DİN açıqladı: Qubad İbadoğlu FETÖ ilə bağlı saxlanılıb - YENİLƏNİB

GÜNDƏM

23 Iyul 2023 | 22:02 | Müəllif: Subhan Mahmudov

DİN açıqladı: Qubad İbadoğlu FETÖ ilə bağlı saxlanılıb - YENİLƏNİB

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.

Hazırda tədbirlər davam etdirilir.

 

20:38

Xəbər verdiyimiz kimi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlununvə həyat yoldaşının saxlanılması ilə bağlı məlumat yayılmışdı. 

DİN-in mətbuat xidmətinin əməkdaş Anar Qafarov Bakıvaxtı.az-a bildirib ki, Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır.

19:08

Sosial şəbəkələrdə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun saxlanılması ilə bağlı məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Q. İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Qeyd edilib ki, araşdırma aparılır.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR