• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qulaqlarınızı deşdirməzdən əvvəl iki dəfə düşünün - Mütəxəssislərdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

12 Sentyabr 2023 | 17:50

Qulaqlarınızı deşdirməzdən əvvəl iki dəfə düşünün - Mütəxəssislərdən XƏBƏRDARLIQ

Son illərdə artan qulaq və qulaq qığırdaq pirsinq modası xüsusilə, qadınların üstünlük verdiyi bir zəriflik duyğusu halına gəlib. Gün ərzində kifayət qədər vətəndaşların qulaqları deşilir ki, bu da sağlamlıq üçün təhlükəlidir.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər qulaq deşdirmə zamanı insanları iki dəfə düşünməyə səsləyib. Onların fikrincə, qulaq pirsinqi göründüyü qədər asan bir prosedur deyil.

Və qulaq çox həssas nahiyə olduğundan anesteziya etmədən deşilməməlidir: "Qulaq deşilməsi üçün, ümumiyyətlə, sprey və krem ​​istifadə olunmalıdır. Amma əksər mütəxəssislər sprey istifadə etmir. Lakin bu yanlışdır. Çünki, bəzi insanların, xüsusilə də uşaqların qulaqları həssasdır. Qulaq pirsinq prosedurları sadə görünsə də, təcrübə və diqqət tələb edir. Prosedurdan əvvəl krem ​​çəkmək məsləhətdir. Gigiyenaya da diqqət yetirilməlidir".

Onu da qeyd edək ki, uşaqların qulaq deşilməsi zamanı polad sırğalar, təxminən 1 ay sonra isə gümüş və ya qızıl sırğalar taxılmalıdır.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026