• Bakı C

    8.78 m/s

  • USD - 1.7

    EUR - 1.8403

    RUB - 0.0183

Qurban Qurbanova həsr edilmiş film təqdim olundu

CƏMİYYƏT

27 Noyabr 2023 | 23:05

Qurban Qurbanova həsr edilmiş film təqdim olundu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr edilmiş filmin təqdimat mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Stadionlar səssiz olanda” adlı idman əsərinin premyerası Nizami Kino Mərkəzində baş tutub.

Filmdə 51 yaşlı mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti əks olunub.

Filmin nümayişindən sonra çıxış edən səbəbkar bütün yaradıcı heyətə minnətdarlığını bildirib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gələn film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.


SON XƏBƏRLƏR