• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkədə "quş qripi" tüğyan edir

DÜNYA

28 Sentyabr 2023 | 10:17

Bu ölkədə "quş qripi" tüğyan edir

Namibiya Cənubi Afrika ölkəsindən hər cür toyuq məhsullarının idxalını dayandırıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Cənubi Afrikada “quş qripi”nin aşkarlanmasıdır.

Namibiya Kənd Təsərrüfatı, Su və Torpaq İslahatı Nazirliyindən bildirilib ki, 18 aprel-5 sentyabr tarixləri arasında 49 “quş qripi” hadisəsi aşkar edilən Cənubi Afrikadan hər cür toyuq məhsullarının idxalının dayandırılıb.

Qeyd olunur ki, Cənubi Afrikadan toyuq idxalına dair bütün rəsmi icazələr bu gündən etibarən ləğv edilir və bu sənədlərin dərhal geri qaytarılması tələb olunur.

Xatırladaq ki, Cənubi Afrikada aprel ayından bəri “quş qripi”nə görə milyonlarla toyuq məhv edilib.

Toyuq istehsalçıları ölkədə yumurta qıtlığının yarana biləcəyi barədə xəbərdarlıq edirlər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026