• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Qusarçay üzərindəki sel aparan yolun bərpasına başlanılıb

CƏMİYYƏT

08 Avqust 2024 | 10:55

Qusarçay üzərindəki sel aparan yolun bərpasına başlanılıb

Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən yolun sel yuyan hissəsinin bərpasına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bölgədə yağan güclü yağışlar nəticəsində Qusarçaya gələn güclü sel iyulun 26-da alternativ yolun bir hissəsini yuyub. Bu səbəbdən hazırda Qubadan dövlət sərhədi, həmçinin Xudat şəhəri istiqamətində gedən yolda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bildirilib ki, çayda suyun səviyyəsi azaldıqdan sonra körpü yaxınlığındakı alternativ yolda bərpa işlərinə başlanılıb: “Ötən gündən yolda bərpa işlərinə başlamışıq. Hazırda çayda sel suları azalıb. Texnikalarımız əraziyə cəlb olunub. Alternativ yol 2-3 gün ərzində bərpa ediləcək”.

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci kilometrliyində Qusarçay üzərindəki körpüdə əsaslı təmir işlərinə iyul ayından başlanılıb. Uzunluğu 146, eni 10 metr olan körpünün əsaslı təmiri sentyabr ayında başa çatdırılacaq.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024