Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi gələn həftə Zaporojye Atom Elektrik Stansiyasına (AES) baş çəkəcək.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, o, Kaxovskaya su elektrik stansiyasındakı dağıntıların AES-in fəaliyyətinə təsiri barədə MAQATE-nin Rəhbərlər Şurasına məlumat verəcəyini vəd edib.
MAQATE direktoru vurğulayıb ki, nüvə stansiyaları heç bir halda hərbi əməliyyatların hədəfi olmamalıdır.
Qeyd edək ki, avqustun 28-də Rusiya Qvardiyasının mühəndis-kəşfiyyat qrupu Kursk Atom Elektrik Stansiyasından 5 km aralıda Ukrayna Silahlı Qüvvələrinin (AFU) partlamamış kassetli sursatını zərərsizləşdirib. Rusiya Qvardiyası 183 partlamamış sursatla dolu raket parçası aşkarlayıb.
Gülşən Şərif
















