Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.
Bakıvatxı.az xəbər verir ki, məsələ ilə bağlı AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi açıqlama verib.
"Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılmışdır. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır. Həmkarlarımızı bir daha jurnalist etikası qaydalarına riayət etməyə, uydurma məlumatları yaymamağa və ucuz sensasiya ilə gündəmə gəlməməyə çağırırıq",-deyə açıqlamada bildirilib.
11:01
AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub.
Bu barədə Demokrat.az-a AMEA-dan məlumat daxil olub.
Məlumata görə, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır.
Vəziyyətinin ağır olduğu bildirilir.
















