Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Katibliyinin rəisi Eldar Əmirov işinin başındadır.
Bakıvaxtı.az-ın məlumatına görə, o, hazırda vəzifəsini icra edir.
Eyni zamanda, E.Əmirov Şərqşünaslıq İnstitutunda elmi işçi kimi çalışır.(oxu.az)
***13:46
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Katibliyinin rəisi Eldar Əmirov tutduğu vəzifədən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Eldar Əmirov Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda işə götürülüb.
Qeyd edək ki, Eldar Əmirov həm də AMEA-nın prezidenti Ramiz Mehdiyevin qeyri-rəsmi köməkçisi vəzifəsini tutub. Ramiz Mehdiyev AMEA-nın prezidenti postundan getmək üçün istefa ərizəsi yazdıqdan sonra Eldar Əmirov polisə müqavimətdə ittiham olunaraq saxlanılmışdı.
Məhkəmənin qərarı ilə 30 sutka həbs cəzası alan Eldar Əmirov bir neçə gün əvvəl azadlığa çıxıb.
Onu da qeyd edək ki, Eldar Əmirov Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə də Ramiz Mehdiyevin köməkçisi olub.
















