Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş rezidentlərin 10-cu elmi-təcrübi yubiley konfransı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, “Səhiyyə” TV-nın informasiya dəstəyi ilə baş tutan konfransda Ulu Öndərin təhsilin inkişafına verdiyi töhfələrdən və rezidentlərin elmi işlərinin əhəmiyyətindən danışılıb.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bildirib ki, əvvəlki illərdən fərqli olaraq, ölkənin digər böyük bazalarla işləyən rezidentləri fəallıq göstərib.
Tədbirdə daha sonra çıxış edən ATU-nin rezidentura və magistratura şöbəsinin müdiri Məlahət Sultanova qeyd edib ki, konfransda Tibb Universiteti ilə yanaşı, digər kliniki bazaların rezidentləri də iştirak edirlər.
Bununla yanaşı, Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Müşfiq Qurbanov da rezidentlərinin xarici ölklərin universitetləri ilə sıx əməkdaşlıq etdiyini nəzərə çatdırıb.
Sonda rektor Gəray Gəraybəyli “Səhiyyət” TV ilə əməkdaşlıq barədə xoş fikirlərini bildirib. Professor belə bir səhiyyə kanalının olmasının vacibliyini vurğulayıb.
















