• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

RDIF Azərbaycanda “Sputnik” və “AstraZeneca” üzrə aparılan tədqiqatın nəticəsini açıqladı

CƏMİYYƏT

27 Sentyabr 2021 | 13:59

RDIF Azərbaycanda “Sputnik” və “AstraZeneca” üzrə aparılan tədqiqatın nəticəsini açıqladı

Azərbaycanda koronavirusa qarşı “Sputnik Light” və “AstraZeneca” vaksinlərinin kombinasiyası üzərində aparılmış ilkin tədqiqatlar yüksək anticisim artımını nümayiş etdirib.

Bakıvaxtı.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondundan (RDIF) məlumat veriblər.

“Təhlilin nəticələri göstərir ki, müşahidələrin 57-ci günündə könüllülərin 85%-də SARS-CoV-2 virusunun zülalına nisbətdə neytrallaşdırıcı anticismin 4 dəfə və daha çox artımı müşahidə olunub”, - RDIF-in məlumatında deyilir.

Məlumata görə, nəticələr kombinasiyanın hər 2 komponenti vurulmuş ilk 20 tədqiqat iştirakçıları üzərində aparılmış müşahidələrə əsaslanır. Sözügedən şəxslərə 29 günlük ara ilə əvvəlcə “AstraZeneca”, daha sonra isə “Sputnik Light” vaksinləri vurulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR