• Bakı 12° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycanın tanınmış informasiya agentliyi və bəzi saytlara HAKER HÜCUMU - YENİLƏNİB

MEDİA

20 Fevral 2025 | 13:22

Azərbaycanın tanınmış informasiya agentliyi və bəzi saytlara HAKER HÜCUMU - YENİLƏNİB

“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Global Media Group” açıqlama yayıb.

    Açıqlamada deyilir ki, bu kiberhücumlarla əlaqədar hazırda "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.

    "Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.

    Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.

    Xüsusi qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur".

    Bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib.

    "Problemin aradan qaldırılması istiqamətində işlər aparılır", - açıqlamada bildirilib.

    ***

    12:08

    İranda Azərbaycana qarşı dəstəklənən "hüseynçilər" adlı terrorçu qrup tərəfindən ölkəmizdə fəaliyyət göstərən kütləvi informasi vasitələrinə qarşı haker hücumu təşkil olunub.

    Bakıvaxtı.az xəbər verir ki, AzPolitika.az saytı və Report İnformasiya Agentliyinin ana səhifələrində məlum qrupun loqosu olan post yerləşdirilib.

    "Azərbaycan İslam Müqavimət hərəkatı", Hüseynçilər, "Tezliklə" - postda bu sözlər yazılıb.

    Qeyd edək kii, haker hücumu "Report"la yanaşı “Global Media Group”a aid olan Baku TV-yə, Baku.ws, Oxu.az xəbər portallarına da edilib.

    Haker hücumunun qarşısının alınması üçün hazırda proflaktik tədbirlər görülür.


    SON XƏBƏRLƏR

    31 Mart 2025