• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Rəqəmsal sevgi: Qadınlar süni intellektlə sevgili olurlar

CƏMİYYƏT

14 Fevral 2024 | 12:59

Rəqəmsal sevgi: Qadınlar süni intellektlə sevgili olurlar

2013-cü ildə insanlar və süni intellekt arasındakı sevgidən bəhs edən elmi fantastika filmi "Her" (Sevgi) Çində reallığa çevrilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, həyatın sürətli tempi və şəhər təcridinə görə real həyatda romantik münasibətlər qurmaqda çətinlik çəkən çinli qadınlar süni intellektli chatbotlardan “sevgili” kimi istifadə edirlər. Şanxayda yerləşən MiniMax startapı tərəfindən yaradılmış “Glow” onlardan biridir.

Glow-dan istifadə edən qadınlar deyirlər ki, chatbot “qadınlarla danışmağı əsl kişidən daha yaxşı bilir” və özlərini romantik münasibətdə hiss edirlər. Süni intellektli söhbət proqramlarında pop ulduzlarından tutmuş CEO-lara qədər yüzlərlə hazır personaj var. Bununla belə, istifadəçilər arzu edərlərsə, personajları fərdiləşdirərək “mükəmməl sevgililərini” yarada bilərlər.

Qeyd edək ki, bəzi proqramlar hətta istifadəçilərə gündə 24 saat canlı söhbət etməyə imkan verir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR