• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu xəstələr üçün dərmanlar sığorta ilə qarşılansın - Təklif

CƏMİYYƏT

15 Mart 2024 | 12:20 | Müəllif: Qalib İbrahimoğlu

Bu xəstələr üçün dərmanlar sığorta ilə qarşılansın - Təklif

“Hesabatda görürük ki, digər sahələrdə olduğu kimi, əhalinin sağlamlığının qorunması sahəsində də işlər görülür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Əhliman Əmiraslanov deyib.

Deputata görə, Sığorta Fondunun vəsaiti artırılıb ki, bu da bir çox əməliyyatların sığorta ilə olunmasını artırıb:

“Hesab edirəm ki, ürək, ciyər və s. əməliyyatların sayı da artırılacaq”.

Onun sözlərinə görə, sığortadan yararlananların sayı artaraq 5 milyona yaxınlaşıb.

Ə.Əmiraslanov bildirib ki, epidemoloji sağlamlığın qorunması yönündə bir çox işlər görülüb:

“Ən çox ölümə səbəb olan onkoloji xəstəliklərin sığorta ilə müalicə olunmaması anlaşılan deyil, səbəb bu xəstəliklərin müalicəsinin yüksək məbləğ tələb etməsidir. Xüsusən də şişlər üçün olan dərman vasitələri sığorta ilə qarşılanmalıdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR