Milli rəqslərimiz bir mədəniyyətdir. Onları təbliğ etmək lazımdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu rəqqas Nail Qəhramanov sosial şəbəkədə milli rəqslərimizdən danışarkən deyib.
“Niyə biz bayağı, bilinməyən rəqsləri təbliğ etməliyik?” deyən rəqqas bayağı rəqs edənlərə iradını bildirib. Onun sözlərinə görə, bəzi insanlar bayağı rəqslərə haqq qazandırmaq istəyir:
“Bizim gül kimi “Uzundərə”, “Sarı gəlin” kimi rəqslərimiz var. Niyə biz onları təbliğ etmirik? Heç kimin xətrinə dəymək istəmirəm, sadəcə faktla danışıram. Bayağı rəqslərin ritminin bizim milli rəqslərə adiyyatı yoxdur. Sözüm ondadır ki, gəlin təbliği düz edək”.
Rəqqas ermənilərin bizim rəqslərimizi oğurlayıb özününküləşdirməsinə də toxunaraq nəzərə çatdırıb ki, Wikipedia-da ingiliscə “Uzundərə” axtarışa versək, ermənilərin rəqsi kimi çıxacaq.
Bundan başqa, tarın bizim musiqi alətimiz olduğunu deyən N.Qəhrəmanov Azərbaycanda tar istehsal edən fabrik olmadığı məsələsinə diqqət çəkib:
“Niyə ermənilərdə tar istehsal edən fabrik və bir marka var amma bizdə yoxdur? Maraqlıdır deyilmi?”
Nail Qəhrəmanov son olaraq bildirib ki, kim necə istəyirsə, elə də rəqs edə bilər. Amma təbliğ edə bilməz:
“İstər xanım kişi kimi oynasın, istər bəy xanım kimi. Bu, hər kəsin öz şəxsi işidir. Buna heç nə demirəm, deyə də bilmərəm. Amma sizin bunu təbliğ etməyiniz artıq mənim, cəmiyyətin, millətin işidir. Yəni cəmiyyət buna artıq müdaxilə etməlidir”.
Mina Mikayılova