Müğənni Şöhrət Məmmədov mahnılarının izlənmə sayından danışıb.
Bakıvaxtı.az xəbər verir ki, "7 canlı" verilişində qonaq olan müğənni "Ömrüm-günüm" mahnısının 20 milyon baxışı olduğunu deyib.
Onun sözlərinə görə, əvvəl ondan mahnını Rəqsanə İsmayılova istəyib. "Rəqsanə əvvəl dedi, iki nəfərik. Qızımla birlikdə oxumaq istəyirəm, elə mahnı yaz ki, orada ömrüm-günüm sözləri olsun. Mən də yazdım. Amma çox güman ki, mahnını bəyənmədilər deyə oxumadılar".
Şöhrət Məmmədov qeyd edib ki, mahnını Şəbnəm Tovuzlu ifa edib: "Oxudu və 20 milyon baxış sayı topladı".
Xəyalə Rza








jpg-1685779617.webp)







