• Bakı 23° C

    12.41 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Rəşad Həsənov "Araz"da

İDMAN

22 Iyun 2026 | 11:44

Rəşad Həsənov Arazda

Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" futbolçu Rəşad Həsənovla anlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Mərkəz müdafiəçisi yeni mövsümdə komandanın formasını geyinəcək.

Onunla imzalanan müqavilənin müddəti 1 illikdir. "Keşlə", "Şamaxı" və "Zirə-2" klublarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü I Liqada mübarizə aparan "Cəbrayıl"ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026