• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ronaldo Bakıya gəlir?

CƏMİYYƏT

07 Avqust 2023 | 16:08

Ronaldo Bakıya gəlir?

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Azərbaycana gələcəyi ilə bağlı məlumat yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, tirajlanan informasiyalarda futbolçunun özəl bir şirkətin təşkilatçılığı ilə Bakıya səfər edəcəyi bildirilib. İddialara görə, o, şirkətlərdən birinin reklam siması olacaq və paytaxtda Ronaldo ilə görüş, eyni zamanda imza günü baş tutacaq. 

Məsələyə onun dostu, WBC boks konvensiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Gil Sanandros Kastelio münasibət bildirib. O, ölkə.az-a açıqlamasında bildirib ki, bu, yanlış məlumatdır, Ronaldonun beynəlxalq səviyyədə olan PR işlərinə onların media komandası nəzarət edir: “Ümumiyyətlə, bizim layihələrin sifarişi minimum 6 ay öncədən müraciət əsasında təşkil olunur. İlkin danışıqlar gedir, sonda biz tərəfdən ilk mərhələyə razılıq verəndən sonra növbəti addımlar müzakirə olunur. Azərbaycandan isə bizə son illər heç bir müraciət daxil olmayıb. Tamamilə yalan məlumatdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026