• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bu il tarixin ən isti yayı olub

CƏMİYYƏT

06 Sentyabr 2023 | 16:01

Bu il tarixin ən isti yayı olub

Bu il tarixdə müşahidə edilən ən isti yay olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

O bildirib ki, planet "qaynama mövsümündən keçib". Tarixdə ən isti yayın qeydə alınması iqlim böhranının başlamasından xəbər verir:

"Dünya liderlərini vəziyyətin daha acınacaqlı olmasından qaçınmaq üçün dərhal iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməyə çağırırıq".

Qeyd edək ki, alimlərin fikrincə, 2023-cü ildə baş verən anomal istilər Polineziyadakı Hunqa-Tonqa-Hunqa-Haapay sualtı vulkanının püskürməsi ilə bağlı ola bilər. Onların sözlərinə görə 2022-ci ilin yanvarında bu püskürmənin miqyası çox böyük olub, stratosferə görünməmiş miqdarda su buxarı, həmçinin kükürd dioksidi və vulkanik kül yayılıb. Bütün bunlar şimal yarımkürəsində istiləşmələrə səbəb ola bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026