• Bakı 23° C

    4.75 m/s

Rövşən Əkbərov niyə həbs olunub?

GÜNDƏM

16 Mart 2021 | 10:40

Rövşən Əkbərov niyə həbs olunub?


Müdafiə Nazirliyinin sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsinin səbəbləri bilinib.

Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, R.Əkbərov qəsdən adam öldürməkdə təqsirləndirilib.

Məlumata görə, o, Ukraynada baş verən qətl hadisəsində günahlandırılıb. Ukrayna hüquq-mühafizə orqanının məlumatı əsasında R.Əkbərov saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Əkbərov 2020-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026