• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rus ordusu sürətlə hücum etdi, başqa yol qalmadı

DÜNYA

18 Fevral 2024 | 10:38 | Müəllif: Subhan Mahmudov

Rus ordusu sürətlə hücum etdi, başqa yol qalmadı

Ukrayna döyüşçüləri Avdeyevka şəhərindən düşmənin çox sürətli hücumu səbəbindən çıxıblar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib.

Ekspert bildirib ki, Ukrayna müdafiəçiləri artıq düşməni cilovlamaq imkanına malik deyildilər:

“Ruslar şimal cinahından kifayət qədər fəal hərəkət etdilər, döyüşlər Avdeyevkanın özündə getdi. Qoşunların çıxarılmasına həm də rəqiblərin logistikanı əngəlləməyə başlaması səbəb olub. Bundan əlavə, düşmənlərin aviasiyadan fəal istifadə etməsi də öz rolunu oynadı, idarə olunan aviabombalarla vurulan zərbələrin sayı artdı. Nəticədə mühasirəyə düşmə təhlükəsi yarandı”.

Qeyd edək ki, Rusiya ordusu Avdeyevka şəhərini iki gün öncə işğal edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026