• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Aİ-dən Rusiya və Belarusla bağlı qərar 

DÜNYA

19 Mart 2024 | 09:43

Aİ-dən Rusiya və Belarusla bağlı qərar 

Avropa İttifaqı Rusiya və Belarusdan taxıl idxalına rüsumlar tətbiq etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır yazıb.

Məlumata görə, Ukraynada münaqişənin başlanmasından sonra ərzaq məhsullarına qoyulan ilk məhdudiyyət olacaq.

Qeyd olunub ki, Brüssel uzun müddətdir Polşa və Baltikyanı ölkələrin Rusiya və Belarus idxalını məhdudlaşdırmaq üçün təzyiqlərinə müqavimət göstərir və belə bir addımın qlobal ərzaq bazarlarını sarsıda və inkişaf etməkdə olan ölkələrə zərər verə biləcəyini iddia edir.

Buna baxmayaraq, Avropa Komissiyası yaxın günlərdə bu ölkələrdən taxılın tonuna görə 95 avro rüsum tətbiq edəcək.

Bu, qiymətlərin ən azı 50% artmasına, tələbin azalmasına səbəb ola bilər. Yağlı toxumlar və onların emal məhsulları üzərində də 50% rüsum müəyyən ediləcək.

Qeyd edək ki, fevralın sonunda Polşa hakimiyyətinin Rusiyadan gələn kənd təsərrüfatı məhsullarına müvəqqəti embarqo tətbiq etməyi planlaşdırdığı bildirmişdi.  

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Aprel 2024