• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rus ordusuna ŞOK ZƏRBƏ: Ağır döyüşlər gedir

DÜNYA

08 Oktyabr 2022 | 19:59 | Müəllif: Subhan Mahmudov

Rus ordusuna ŞOK ZƏRBƏ: Ağır döyüşlər gedir

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun silah və hərbi texnikasının cəmləşdiyi 20-dən çox yerin və iki nəzarət məntəqəsinin məhv edildiyini bildirib.

Bakıvaxtı.az teleqraf.com-a istinadən bildirir ki, Zaporojyenin Poloqa və Tokmak qəsəbələrində canlı qüvvənin cəmləşdiyi əraziləri Müdafiə Qüvvələrinin bölmələrinin atəşə tutması nəticəsində qarşı tərəfin 85-ə yaxın itkisinin olduğu iddia edilib.

Ukrayna Baş Qərargahı qeyd edib ki, son sutka ərzində 30 zərbə endirilib:

"Silah və hərbi texnikanın cəmləşdiyi 24 yerin, eləcə də düşmənin 6 zenit-raket kompleksinin məğlubiyyəti təsdiqlənib. Bundan əlavə, zenit-raket bölmələri iki helikopter vurub".

Əlavə edilib ki, rus kəşfiyyatı zərbələr endirmək üçün müxtəlif tipli PUA-ları fəal şəkildə cəlb edir. Son sutka ərzində müdafiəçilərimiz müxtəlif istiqamətlərdə 8 PUA-nı vurublar: beş növ Orlan-10 və üç növ "Şahed-136".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026