• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Aİ-yə mayeləşdirilmiş təbii qaz tədarükü artıb

DÜNYA

07 Noyabr 2022 | 18:34

Aİ-yə mayeləşdirilmiş təbii qaz tədarükü artıb

Avropa İttifaqı (Aİ) yanvar-oktyabr aylarında ABŞ-dan 48 milyard kubmetr mayeləşdirilmiş təbii qaz alıb ki, bu da 2021-ci ilin bütün göstəricilərindən çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ evin ABŞ-Avropa İttifaqının enerji təhlükəsizliyi üzrə işçi qrupunun iclasının yekunlarına dair yaydığı press-relizdə qeyd olunub.

“Təkcə bu il, yanvar-oktyabr aylarında ABŞ-dan Aİ-yə təxminən 48 milyard kubmetr mayeləşdirilmiş təbii qaz ixrac edilib ki, bu da bütün 2021-ci illə müqayisədə 26 milyard kubmetr çoxdur”, - sənəddə deyilib.

Qeyd olunub ki, tərəflər 2023-cü ildə də ABŞ-ın mayeləşdirilmiş təbii qazının Avropaya tədarükünü yüksək səviyyədə saxlamaq üçün çalışmaq niyyətindədirlər. 2023-cü ildə Avropa ölkələrinin Vaşinqtondan 2021-ci ildəkindən 50 milyard kubmetr çox mayeləşdirilmiş təbii qaz alacağı planlaşdırılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026