• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rusiya agenti tutuldu

DÜNYA

12 Iyun 2023 | 17:14

Rusiya agenti tutuldu

Ukrayna Təhlükəsizlik Xidməti Xarkovda Rusiya kəşfiyyatına məlumat ötürdüyü üzə çıxan 52 yaşlı kişinin saxlanıldığını açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, verilən açıqlamada saxlanılan şəxsin Ukrayna mövqelərində casusluqla məşğul olan bir qrup casusun üzvü olduğu bildirilib.

O da qeyd olunub ki, sözügedən şəxs müharibənin əvvəlində “işə götürülüb” və Ukrayna ordusunun mövqelərində şəxsi heyətin sayını, silah-sursatını və hərbi qruplaşmaların koordinatlarını müşahidə edib.

Məlumata görə, həmin şəxs hazırda həbsdədir.

Cinayətin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Cinayətkarı ömürlük həbs cəzası gözləyir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026