• Bakı 22° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Rusiya “Azov”a təslim olmağı TƏKLİF ETDİ

DÜNYA

19 Aprel 2022 | 13:32 | Müəllif: Subhan Mahmudov

Rusiya “Azov”a təslim olmağı TƏKLİF ETDİ

Rusiya Mariupoldakı “Azovstal” zavodunda yerləşən ukraynalı hərbçilərə təslim olmağı təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Baş Qərargahının Mərkəzi komandanlıq məntəqəsinin rəisi, general-polkovnik Mixail Mizintsev deyib.

“Azovstal” metallurgiya zavodunda yaranmış fəlakətli vəziyyəti nəzərə alaraq, Rusiya silahlı qüvvələri sırf humanist prinsipləri rəhbər tutaraq, 19 aprel 2022-ci il Moskva vaxtı ilə saat 12:00-dan etibarən bir daha millətçi alayın əsgərlərinə və əcnəbi muzdlulara silahı yerə qoymağı təklif edir”, - Mizintsev bildirib.

Qeyd edək ki, Rusiya ordusu vaxtaşırı “Azov” alayının müqavimət göstərən birliklərinə təslim olmağı təklif edir. Sonuncu dəfə 17 apreldə edilən təklifdən “Azov” imtina etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026