Noyabrın 11-nə keçən gecə rus qoşunları pilotsuz təyyarələrlə Nikolayev şəhərinə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti zərbə nəticəsində 5 nəfərin öldüyünü bildirib.
Pilotsuz təyyarə şəxsi birmərtəbəli evi dağıdıb, bundan sonra orada yanğın başlayıb. Dördmərtəbəli binanın bir neçə mənzilinə də ziyan dəyib.
Rusiya ordusu Zaporojye şəhərinə də hava zərbəsi endirib. Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə görə, 1 nəfər ölüb, 21 nəfər yaralanıb.
Hava hücumu nəticəsində yaşayış binasına və yataqxanaya ziyan dəyib.