Rusiya ordusu Ukraynanın Odessa şəhərinin mərkəzinə “Şahed” dronları ilə zərbə endirib.
Bakıvaxtı.az “Unian“a istinadən xəbər verir ki, hücum nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.
İlkin məlumata görə, Rusiya ordusu 10-dan çox PUA ilə Odessaya hücum edib. Şəhərdə çox sayda dağıntı qeydə alınıb, yaşayış binalarında və zooparkda yanğın baş verib.
Yaralılar arasında 5 qadın da var.