• Bakı 26° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Trampın Ukrayna gedişi: ABŞ ilə Rusiyanın bal ayı bitir

DÜNYA

10 Iyul 2025 | 10:50

Trampın Ukrayna gedişi: ABŞ ilə Rusiyanın bal ayı bitir

ABŞ Ukraynaya silah tədarükünü davam etdirir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp jurnalistlərə açıqlamasında "Biz silahla təmin edirik və artıq çox tədarük etmişik. Biz onlarla əməkdaşlıq edirik, kömək etməyə çalışırıq, lakin tədarükü dayandırmamışıq" sözlərini söyləyib.

Amerikanın Ukraynaya yardımı Rusiya ilə münasibətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı politoloq Natiq Miri Bakıvaxtı.az-la öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Donald Trampın Ukraynaya yardım qərarı məhz Rusiya prezidenti Vladimir Putinin ABŞ ilə danışıqlarda səmimi olmadığı gerçəyi ortaya çıxandan sonra baş verib. Tramp artıq anlamağa başlayıb ki, Putin oynayır və müharibəni bitirmək fikrində deyil:

"Putin daha çox ukraynalı öldürmək və Ukrayna ərazisini daha çox zəbt etmək fikrindədir. Danışıqlar isə sadəcə olaraq bir görüntü xarakteri daşıyır. Diqqət etsəniz, siyasi nəticələrə hesablanacaq görüşlər baş vermir. Danışıqlar yalnız humanitaryönümlü, əsirlərin dəyişdirilməsi ilə bağlı olur. Xüsusən də dərhal atəşkəs qərarında Rusiya maraqlı deyil. Bu məsələ üzrə dəfələrlə Trampla Putin arasında telefon danışıqları olub. Tramp üçün Avropa liderlərinin və Zelenskinin iddialarının nə qədər doğru olduğu artıq məlumdur".

Natiq Miri: Gerçəklər yenidən qəbul edilib və ABŞ ilə bağlı narahatlıq aradan qalxır

N.Miri qeyd edib ki, Putinin müharibəni dayandırmaq istəməməsi Trampın imicinə ciddi şəkildə zərbə vurur. Çünki Trampın seçki prosesi zamanı Ukrayna münaqişəsini 24 saat ərzində bitirmək kimi vədi var idi.

"Bundan başqa, Tramp Nobel mükafatı iddiasındadır. Ona görə də “sülh göyərçini” kimi görünmək Trampın marağı çərçivəsindədir. Tramp Putinə bunun bədəlini ödətmək üçün Ukraynaya yardımı bərpa etdi. Hətta bundan sonra Ukraynaya ən strateji silahların satılacağını vəd edib. Yəni, gerçəklər yenidən qəbul edilib və ABŞ ilə bağlı narahatlıq aradan qalxır. Çünki bu ağır yükü yalnız Avropa Birliyinin üzərinə yükləmək ciddi problemlər yaratmışdı. Artıq ABŞ ilə Rusiya arasında baş verən bal ayı bitir", - deyə Natiq Miri şərh edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR