• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya ordusu Ukraynanın Nikolayev şəhərini intensiv atəşə tutub

DÜNYA

31 Iyul 2022 | 09:07

Rusiya ordusu Ukraynanın Nikolayev şəhərini intensiv atəşə tutub

Ukraynanın cənubunda yerləşən Nikolayev şəhəri Rusiya ordusu tərəfindən intensiv şəkildə atəşə tutulub.

Bakıvaxtı.az “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Nikolaev şəhərinin meri Aleksandr Senkeviç məlumat verib.

“Bu gün Nikolayev intensiv atəşə məruz qalıb. Yəqin ki, bütün zamanların ən güclüsüdür. Güclü partlayışlar səhər saat birdən sonra və səhər saat beş radələrində eşidilib”- deyə, o bildirib.

Onun sözlərinə görə, şəhərdə partlayışlar baş verib, o cümlədən kasetli mərmilərin düşdüyü ərazilərdə yanğınlar başlayıb.

“Bir sıra obyektlər dağılıb, yaşayış binalarına ziyan dəyib. Hazırda xilasedicilər işləyir. Biz ətraflı məlumat toplayırıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026