• Bakı 22° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Türkiyənin Zəfər Bayramı günüdür

DÜNYA

30 Avqust 2022 | 00:41 | Müəllif: Subhan Mahmudov

Türkiyənin Zəfər Bayramı günüdür

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.

Bakıvaxtı.az xatırladır ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.

Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.

İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.

Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR