• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 “Nüvə müharibəsinin qarşılığı fəlakətdir” - Ərdoğan

DÜNYA

29 Sentyabr 2022 | 00:33 | Müəllif: Subhan Mahmudov

“Nüvə müharibəsinin qarşılığı fəlakətdir” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu dövlət başçısı “CNN Türk”də canlı yayım zamanı bildirib.

Ərdoğan Rusiyanın təşkil etdiyi “referendum”ları qiymətləndirərək onların bölgədəki vəziyyəti çətinləşdirdiyini deyib.

Türkiyə Prezidenti həmçinin mümkün nüvə müharibəsi ehtimalına da toxunub və bunun fəlakət olacağını vurğulayıb.

“Bu haqda danışmağı ağlına belə gətirməməlisən. Ümid edirəm ki, bu məsələni heç vaxt gündəmə gətirmədən diplomatiya yolu ilə həll etmək ən düzgün addım olardı”, - deyə Ərdoğan əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026